SOSİUM

Xaricdə təhsillə bağlı yeniliklər olacaq - NAZİRDƏN AÇIQLAMA
20 APREL
507

Xaricdə təhsillə bağlı yeniliklər olacaq - NAZİRDƏN AÇIQLAMA

2016-04-20 18:36:00

Xaricdə təhsillə bağlı dövlət proqramında bəzi yeniliklər gözlənilir. Fins.az-ın məlumatına  görə, bu barədə   jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib:"Birinci proqramın tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsi bakalavr təhsil pilləsinə göndərildi. Bu, ölkənin ali təhsil sektoruna, universitetlərin səviyyəsinin, onların rəqabətliliyinin artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Gələcəkdə isə proqramın fokusu iki istiqamətdə dəyişdiriləcək. Bura bakalavrlardan daha çox magistr və doktorant səviyyəsində təhsilə göndərilən, artıq müəyyən nailiyyətlərə imza atan namizədlərə üstünlüklərin verilməsi aiddir. Bakalavrlar yalnız nadir hallarda (seçilən ixtisas Azərbaycanda tədris olunmur) xaricə göndərilə bilər. Çünki Azərbaycanda bu sahədə bir çox irəliləyişlər əldə olunub. Digər yenilik və istiqamət ölkənin aparıcı universitetlərinə xaricdən professor və müəllimlərin cəlb edilməsi məsələsi olacaq”.

Nazir qeyd edib ki, ali təhsilin beynəlmiləlləşməsi adi prosesdir. Onun sözlərinə görə, burada söhbət proqramın ləğvindən deyil, daha müfəssəl, planlaşdırılmış və düşünülmüş şəkildə resurslarından istifadə etməkdən gedir: "Təbii ki, proqrama edilməsi nəzərdə tutulan dəyişikliklər strateji dəyişikliklərdir”.

M. Cabbarov əlavə edib ki, xaricdə təhsil proqramında kvotanın rəqəmlə ifadəsi olmayıb. Bu da layihənin dizaynı ilə üst-üstdə düşmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272