SOSİUM

"Crystal Hall"da çökmə olub? - RƏSMİ AÇIQLAMA
20 APREL
421

"Crystal Hall"da çökmə olub? - RƏSMİ AÇIQLAMA

2016-04-20 17:39:00

Bakı Kristal Zalında çökmə hadisəsi qeydə alınmayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum rəsmisi bildirib ki, adıçəkilən binada ciddi hadisə baş verməyib:

"Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məsələ ilə bağlı araşdırma aparıb və hadisə yerində ciddi hadisə baş vermədiyi məlum olub. Sadəcə həmin binada adi bir dirək aşıb. Bir nəfərin xəsarət alması məsələsi yalandır".

Mənbə:  Trend

* * *

Bəzi kütləvi informasiya vasitələrində “Baku Crystall Hall”da uçqun olması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, quruma bununla bağlı heç bir məlumat daxil olmayıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274