SOSİUM

Nazirlik 12 nəfəri işinə bəpra etdi
19 APREL
512

Nazirlik 12 nəfəri işinə bəpra etdi

2016-04-19 14:25:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-mart aylarında 733 876 manat gecikdirilmiş sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Qurumdan fins.az-a verilən məlumata görə, bunun 97%-i gecikdirilmiş əmək haqları, qalan hissəsi isə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinətlər və kompensasiyalar, zərərə görə ödənclər olub. Sahibkarlara bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Bununla yanaşı, yanvar-mart aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 12 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunaraq, onların yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270