SOSİUM

Temperatur 28 dərəcəyə qalxacaq - HAVA PROQNOZU
19 APREL
415

Temperatur 28 dərəcəyə qalxacaq - HAVA PROQNOZU

2016-04-19 13:04:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprelin 20-nə olan hava proqnozunu açıqlayıb. 

Bakıda və Abşeron yarımadasında                                    

Aprelin 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 21-26, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274