SOSİUM

Azərbaycanda 8 QHT-nin bank hesablarından həbs götürülüb
19 APREL
260

Azərbaycanda 8 QHT-nin bank hesablarından həbs götürülüb

2016-04-19 12:51:00

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında təmsil olunan Qeyri-Hökumət təşkilatlarının (QHT) bank hesablarından həbs götürülüb.

Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda keçirilən forumda məlumat verib.

O bildirib ki, həmin koalisiyada təmsil olunan qeyri-hökumət təşkilatlarından yalnız birinə cinayət işi qaldırılıb, digərlərinin isə bank hesabına həbs qoyulub, onlara cinayət işi qaldırılmayıb: “Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayevə cinayət işi açılıb. Başqa kiməsə açılıbsa, desin. Bizdə bu barədə məlumat yoxdur. Ölkəni tərk etməklə bağlı da qadağalar aradan qaldırılıb”.

Qeyd edək ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında 137 QHT təmsil olunur. Onlardan 8-nin bank hesabına həbs qoyulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272