SOSİUM

Selin Lerikə vurduğu ziyan - SİYAHI
18 APREL
263

Selin Lerikə vurduğu ziyan - SİYAHI

2016-04-18 19:00:00

Aprelin 16-da axşam saatlarından başlayaraq Lerik rayonuna yağan leysan yağışlarının yaratdığı sel suları rayonun bur sıra dağətəyi yaşayış məntəqələrində fəsadlar törədib. Sel suları daha çox rayonun Vizəzəmən və Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinin təsərrüfatlarına ziyan vurub.

Fins.az AzərTac-a istinadən xəbər verir ki, rayonda baş vermiş təbii fəlakətin nəticələrinin qaldırılması və dəymiş ziyanın hesablanması işlərinə başlanılıb.

İlkin hesablamalara görə, 50-yə yaxın fərdi yaşayış evinə, 100 hektardan çox taxıl, 200 hektaradək kartof əkini sahələrinə ziyan dəyib. Vətəndaşlara məxsus 50 başadək mal-qara, qoyun-quzu, xeyli sayda ev quşları tələf olub, Təbrizli kəndindəki dəmir konstruksiyalı körpü və 9 piyada körpüsü sıradan çıxıb.

Sel suları Lerikin turizm obyektlərindən də yan keçməyib. Kotteclərin içərisinə dolan sel suları otaqları, əyləncə mərkəzlərini, oyun meydançalarını yararsız vəziyyətə salıb.

Rayonun bir neçə yerində baş verən torpaq sürüşmələri kəndarası yolların bağlanmasına səbəb olub. Yerli qurumların səyləri ilk növbədə həmin yolların gil və torpaq qatından təmizlənməsi, nəqliyyatın hərəkətinin bərpası istiqamətində tədbirlər görülməsinə yönəlib.

Lerikə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mütəxəssislərinin dəvət edildiyini vurğulayan H.Məlikov bu qurum tərəfindən həm rayona dəymiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini, həm də dəymiş ziyanın miqdarının hesablanacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272