SOSİUM

Təhsil Nazirliyindən "son zəng"lə bağlı - AÇIQLAMA
18 APREL
919

Təhsil Nazirliyindən "son zəng"lə bağlı - AÇIQLAMA

2016-04-18 12:37:00

Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" yarışları ilə əlaqədar ümumtəhsil müəssisələrində dərslərin iyunun 14-də deyil, daha tez bitəcəyi haqda xəbərlər yayılıb.

Məsələ ilə bağlı sorğunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, "Formula-1" yarışları tədris ilinin müddətinə heç bir təsir göstərməyəcək: “Ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır”.

Xatırladaq ki, bu il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274