SOSİUM

Azərbaycanda əlilliyin təyin edilməsi qaydası dəyişir
18 APREL
427

Azərbaycanda əlilliyin təyin edilməsi qaydası dəyişir

2016-04-18 09:12:00

Bundan sonra Azərbaycanda əlillik başqa cür təyin ediləcək. Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin social müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

Onun sözlərinə görə, qəbulu gözlənilən yeni qaydaya görə əlillik dərəcəsi almaq istəyənlər nazirliyin tibbi sosial ekspert komissiyası tərəfindən tibbi müayinəyə çağırılmayacaqlar: “Yalnız səhiyyə orqanlarında həmin insanlara müvafiq sənəd (88 saylı forma) veriləcək. Bu sənədi bizə təqdim edəndən sonra onun üzərindəki ad, soyad götürüləcək və kodlaşdırılacaq. Həmin kodlu müraciət nazirliyin istənilən ərazi idarəsinə göndəriləcək. Yəni, bir rayonun sakininə əlillik başqa rayonda təyin ediləcək. Əlilliklə bağlı qərar 5 gün ərzində veriləcək və bu barədə nazirlik məlumatlandırılacaq. Bu isə yenidən həmin koda uyğun ad və soyadı bazaya daxil edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272