SOSİUM

“Bu məsələdə rüşvətdən söhbət gedə bilməz” – SƏLİM MÜSLÜMOV
18 APREL
481

“Bu məsələdə rüşvətdən söhbət gedə bilməz” – SƏLİM MÜSLÜMOV

2016-04-18 08:58:00

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi prosesi tam şəffaflaşdırılıb, bu sahədə mənfi hallar aradan qaldırılıb. Fins.az xəbər verir ki, bu barədə əmək və əhalinin social müdafiəsi naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, hazırda tətbiq olunan müasir texnologiya sayəsində bu məsələ avtomatik həll olunur və rəhbərlik etdiyi qurumun heç bir əməkdaşı prosesə müdaxilə etmək imkanında deyil.

“Ünvanlı yardım almaq istəyən ailənin bir üzvü seçilir. Notariat kontorundan adına adına vəkalətnamə çıxarılıb. Həmin sənəddə ailənin bütün üzvləri barədə məlumatlar (şəxsiyyət vəsiqələrinin nömrələri daxil olmaqla) qeyd olunur. Vəkalətnamənin özünün də nömrəsi olub. Ailə üzvü həmin nömrə vasitəsi ilə internet bağlantısı olan istənilən yerdən, eləcə də istənilən poçt şöbəsindən bizim saytımız və yaxud elektron hökumət portal vasitəsilə bizə müraciət edə bilər. Bu zaman yardım almaq üçün  tələb olunan bəyannamə doldurulur və nazirliyə göndərilir. 15 gün ərzində həmin vətəndaşa cavab verilir. Yəni, ona yardım düşür və düşmürmü, nə qədər düşür, imtinanın səbəbləri barədə vətəndaşın mobil telefonuna məlumat göndərilir” – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu system praktik olaraq fevralın 15-dən işləyir və indiyə qədər ondan 210 336 dəfə istifadə olunub. 52812 yardım almaq üçün ərizə göndərilib. 1651 ailəyə avtomatik qaydada ünvanlı yardım təyin edilib: “Ərizəsinə imtina cavabı verilənlərin əksəriyyəti bəyannamədə göstərdiyi məlumatlar bizim digər dövlət qurumlarından aldığımız məlumatlarla üst-üstə düşməyən insanlardır. Ümumiyyətlə isə bu sistemin sayəsində müraciətlərin sayı kəskin azalıb, Baş prokurorluğun 161 saylı qaynar xəttindən də bizə əvvəlki qədər şikayət daxil olmur. Bu məsələdə rüşvətdən söhbət gedə bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270