SOSİUM

Deputatdan “sosial evlər” açıqlaması
14 APREL
516

Deputatdan “sosial evlər” açıqlaması

2016-04-14 23:52:00

Azərbaycanda əhalinin maddi cəhətdən zəif təbəqəsi üçün tikilməsi nəzərdə tutulan sosial evlərin maya dəyəri adi mənzillərlə müqayisədə xeyli az olacaq. Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli açıqlama verib. Onun sözlərinə görə, bu kateqoriyadan olan evlərin tikintisi bürokratik əngəllərdən və korrupsiya elementlərindən kənar olacaq: “Bu iki amilin olmaması həmin evlərin ucuz başa gəlməsinə imkan verəcək”.

Millət vəkili sosial evlərin əhaliyə necə satılacağı barədə də danışıb: “Burada girov mexanizmi yoxdur. İlkin ödəniş tələb olunmayacaq. İnsanlar kiçik ölçülü mənzillərə münasib məbləğdə kirayə haqqı ödəməklə 20-25 ildən sonra onlar sahib olacaqlar”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275