SOSİUM

Vergi və sosial yoxlamaların birləşdirilməsinə ehtiyac yoxdur - SƏLİM MÜSLÜMOV
14 APREL
324

Vergi və sosial yoxlamaların birləşdirilməsinə ehtiyac yoxdur - SƏLİM MÜSLÜMOV

2016-04-14 14:07:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vergi və sosial ödənişlərlə bağlı yoxlamaların birləşdirilməsinə ehtiyac görmür. Nazir Səlim Müslümov jurnalistlərə deyib ki, hazırda icbari dövlət sosial sığorta üçün ayrılmalar üzrə ödənişlərin səyyar yoxlamaları aparılmır, "buna görə də sual yaranır ki, vergi yoxlamalarını məhz nə ilə birləşdirəcəklər?" 

Eləcə də bax: Prezidentə vergi yoxlaması ilə bağlı müraciət edildi

Onun sözlərinə görə, hazırda yalnız kameral yoxlamalar aparılır: "Bunun vasitəsilə ödənişlər prosesi üzərində nəzarət aparılır. Bu proses normal rejimdə aparılır. Əgər yoxlamalar faktiki olaraq yoxdursa, onları nə ilə birləşdirəsən?

Qeyd edək ki, "Deloitte and Touche" MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran Kərimov Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən vergi və sosial ödənişlərlə bağlı yoxlamaların birləşdirilməsini təklif etmişdi.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272