SOSİUM

Bakıda əməkhaqqının ən yüksək olduğu rayon - 1302 manat
13 APREL
619

Bakıda əməkhaqqının ən yüksək olduğu rayon - 1302 manat

2016-04-13 18:46:00

Bakı şəhəri və rayonları üzrə muzdla işləyənlərin orta aylıq əməkhaqqının ən yüksək olduğu rayon Pirallahıdır.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, son statistik məlumatlarda bu rayonda muzdla işləyənlərin orta aylıq əməkhaqqının 1301,7 manat olduğu bildirilib.

Bakı şəhəri üzrə cəmi muzdla işləyən işçilərin orta aylıq əməkhaqqı 2014-cü ildə 621,2 manat olub. 2010-cu ildə bu rəqəm 474,8 manat kimi qeydə alınıb.

Pirallahı rayonundan sonra muzdla işləyən işçilərin orta aylıq əməkhaqqının yüksəkliyinə görə Səbail (994 manat), 776,2 manatla Qaradağ rayonu gəlir.

Ən aşağı orta aylıq əməkhaqqı (416,5 manat) isə Binəqədi rayonundadır.

Xətai rayonunda 633,7, Xəzərdə 570,1, Nərimanovda 513,8, Nəsimi rayonunda 496,1, Nizami ərazsində 499,6, Sabunçuda 431,3, Suraxanıda 571,5, Yasamalda isə 611 manat olub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272