SOSİUM

Bəzi rayonlarda qaz kəsiləcək
12 APREL
416

Bəzi rayonlarda qaz kəsiləcək

2016-04-12 19:53:00

Sabah səhər saat 10-dan axşam saat 6-ya qədər Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Suraxanı", Astara magistral qaz kəmərləri sahəsinin "Qaratəpə", Ağdam magistral qaz kəmərləri sahəsinin "Tərtər", saat 11:00-dan 16:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin "Katex", Qazax magistral qaz kəmərləri sahəsinin "Alabaşlı" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Fins.az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Şəmkir rayonunun Seyfəli, Göygöl rayonunun Nadel, Almədətli və Quşqara, Balakən rayonunun Katex və Beretbinə, Saatlı rayonunun Qarayevkənd və Fətəlikənd, Sabirabad rayonunun Şəhriyar və Xəlfəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Suraxanı və Bülbülə qəsəbələrinin, eləcə də Tərtər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272