SIĞORTA

"Standart Sığorta”nın sədri: "Satışla məşğul olanların çoxu qeyri-ixtisas təhsillidirlər"
14 OKTYABR
590

"Standart Sığorta”nın sədri: "Satışla məşğul olanların çoxu qeyri-ixtisas təhsillidirlər"

2019-10-14 10:00:00

“Standart Sığorta” şirkəti Bakı Biznes Universitetində tələbələrlə görüş keçirib.

Universitetin kitabxanasında yüzə yaxın tələbələr şirkətin rəhbərliyi ilə diskussiya edib. “Standart Sığorta” şirkətinin sədri Anar Sadıxov Fins.az-a tələbələrlə görüşdən sonra öz fikirlərini deyib. "Sovet dönəmində Azərbaycanda sığorta sahəsində zəngin təcrübə əldə edilmişdir. Lakin o dönəm üçün yetərli olan təcrübə hazırki dövr üçün yararlı hesab edilmir. Müstəqillik illərində sığorta ixtisasına ali təhsil ocaqlarında kifayət qədər tədris edilmir və təəssüflər olsun ki, sığorta bazarında kadr çatışmazlığı var. Bu peşədə hazırda fəaliyyət göstərən insanların əksəriyyəti qeyri-ixtisas təhsillidirlər. Bu hal təkcə Bakıda deyil regionlarda da özünü göstərir. Bu kimi halların aradan qaldırılması məqsədilə tədbirlərin regionlarda da təşkili üçün tərəfimizdən müvafiq addımlar atılır. Məqsədimiz sığorta sahəsində savadlı kadrların yetişdirilməsi və bazarda sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Çünki sığorta sahəsində kadr çatışmazlığına görə Sığorta Şirkətləri özləri də əziyyət çəkirlər. Təkcə 2018-2019-cu tədris ilində Bakı və regionlar da daxil olmaqla 100-ə yaxın tələbə təcrübə proqramına qoşulduğunu bildirən A.Sadıxov növbəti tədbirin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcəyini qeyd etdi.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır