SIĞORTA

Azərbaycandakı generallar 11 min manat sığorta ödənişi alır
11 OKTYABR
796

Azərbaycandakı generallar 11 min manat sığorta ödənişi alır

2019-10-11 10:28:00

Sığorta eksperti İlkin İbrahimov Azərbaycanda hərbi xidmətdə olanların sığortasından danışıb. 

Fins.az xəbər verir ki, ekspert bildirib ki, Azərbaycandakı generallar sığorta hadisəsi zamanı alacağı məbləğ 11 min manatdır

"Ümumiyyətlə ölkəmizdə hərbi qulluqçuların icbari sığortası mövcuddur və maksimal sığorta ödənişi 11000 azn təşkil edir. Hesab edirəm ki, bu məbləğ daha çox artırıla bilər. Çünki təsəvvür edin ki, bir generalın sığorta hadisəsi zamanı alacağı məbləğ 11 min manatdırsa, bir FHN işçisinin maksimal sığorta hadisəsi ödənişi onun əmək haqqının 5 illik mislinə yəni 500 azn alan bir FHN işçisi 60 ay×500=30000 azn bu yanaşma ilə razı deyiləm". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır