SIĞORTA

"Yeni məhsulumuz artıq bazara təqdim edilib" - MÜSAHİBƏ
18 SENTYABR
1057

"Yeni məhsulumuz artıq bazara təqdim edilib" - MÜSAHİBƏ

2019-09-18 10:34:00

Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” “əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası” adlıyeni könüllü həyat sığortası məhsulunu təqdim edib.

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin satış departamentinin müdiri Amil Cəlilovun yeni məhsulla bağlı müsahibəsini təqdim edirik.  

 Amil bəy, bildiyimiz qədər, şirkətin məhsulyaratma qrupu tərəfindən  “əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası” məhsulu hazırlanıb, bu məhsulun satışına nə vaxtan  başlanılacaq?

-Bəli, tamamilə doğrudur. Bu, “Qala Həyat” komandası tərəfindən hazırlanmış yeni unikal həyat sığortası məhsuludur. Yeni məhsulumuz artıq bazara təqdim edilib. Həmin məhsul icbari sığortaya əlavə kimi nəzərdə tutulmuşdur. Ümumilikdə məqsədimiz daha əlverişli şərtlərlə könüllü həyat sığortası məhsulları yaratmaqla əhalimizin bu məhsullara əlçatanlığını təmin etməkdir.  Qeyd etməliyəm ki, məhsulun əsas şərtlərindən biri onun sığorta təminatı hesab edilir.

Yeni yaratdığmız məhsulun sığorta təminatına sığortalı ilə bağlanmış əmək müqaviləsi əsasında əmək funksiyasını həyata keçirən sığorta olunanın istehsalatda bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı daxildir.  

Məhsulun şərtlərində istehsalatda bədbəxt hadisə dedikdə əmək funksiyasını həyata keçirərkən sığorta olunanın bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı da nəzərdə tutulub.

Yeni məhsulun bazardakı mövcud könüllü həyat sığortası məhsullarından fərqi nədir?

-Bazara təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir. Belə ki, bu fərqlərdən biri iş qabiliyyətinin müvəqqəti itirilməsi halının sığorta təminatına daxil edilməsidir.

Amil müəllim, məhsul üzrə sığorta ödənişlərinin həddi necə müəyyən edilib?

Sığorta hadisəsi baş verəsə sığorta ödənişinin həcmi aşağıdakı həddə müəyyən edilmişdir: 

a)    Əgər sığorta olunan istehsalatda bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətini 7-14 gün müddətinə müvəqqəti itirərsə 150 manat;

b)   15-20 gün müddətinə müvəqqəti itirmәsi halında 300 manat həcmində; 

c)    21 gün və daha artıq müddətə müvəqqəti itirilməsi halında isə 500 manat həcmində ödəniş verilir

Məhsul üzrə sığorta haqqı məbləğinin hesablanması barədə məlumat verməyinizi xahiş edirəm

Bildirmək istəyirəm ki, sığorta haqqı məbləğinin hesablanması şəxsin yaşı, cinsi həmçinin müəsisə və ya təşkilatın birbaşa fəaliyyət növündən asılıdır.

Cari ilin sonunadək həyat sığortası bazarına daha hansı yeni məhsullar təqdim edəcəksiniz?

-“Qala Həyat” sığorta şirkəti bazara yeni və sərfəli məhsullar təqdim etmək üçün məhsul yaratma qrupu tərəfindən daim araşdırmalarını davam etdirir. Təbii ki, yeni məhsullar yarandıqca bu haqda ictimaiyyətə məlumat veriləcək. Yeni yaradılacaq məhsullarımız yalnız korporativ müştərilər üçün deyil, eyni zamanda fiziki şəxslər üçün də nəzərdə tutulub. Bu məhsullar bazarda müştərilər tərəfindən qayğısız həyat devizi ilə xatırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır