SIĞORTA

"Atəşgah" sığorta şirkəti YENİLİYƏ İMZA ATDI
12 SENTYABR
572

"Atəşgah" sığorta şirkəti YENİLİYƏ İMZA ATDI

2019-09-12 11:58:00

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” SŞ vətəndaşlar üçün daha bir yeniliyə imza atdı.

Fins.az xəbər verir ki, icbari nəqliyyat sığortası sahiblərinin sığorta imkanlarını artıran “Sarı”, “Narıncı” məhsulları və onların cəmi olan “Al” paketini artıq online əldə etmək mümkün olacaq. Qeyd olunan məhsulları almaq üçün sadəcə “Atəşgah” SŞ-nin rəsmi veb səhifəsinə daxil olmaq kifayətdir.

"Sarı” məhsulu üzrə cəmi 19 AZN ödəməklə müştəri, qarşı tərəfin zərəri 5000 AZN-i keçdikdə belə əlavə xərc çəkmir, çünki şirkətin bu məhsulu AVSMMİS-nın “davamı”dır və sığorta təminatının 10,000 AZN –dək artırılmasını nəzərdə tutur.

"Narıncı” məhsulu üzrə 19 AZN ödəməklə müştərinin günahı olmadan, digər nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində, öz avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi üçün də əlavə 5000 AZN ödəniş əldə edə bilər.

"Sarı” və “Narıncı” məhsullarını özündə birləşdirən “Al” paketi isə müştərilərə ikiqat üstünlük qazandırır. Cəmi 36 AZN, ödəməklə müştərinin öz avtonəqliyyat vasitəsinə və yaxud qarşı tərəfin avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə əlavə 5000 AZN təminat əldə etmək mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır