SIĞORTA

Sığorta sektorunda verilmiş, qüvvəsi bərpa edilmiş lisenziyalar barədə məlumat
19 AVQUST
144

Sığorta sektorunda verilmiş, qüvvəsi bərpa edilmiş lisenziyalar barədə məlumat

2019-08-19 17:21:00

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Palatanın İdarə Heyətinin 14 avqust 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Manafov Firuz Sabbar oğlu, Babayev Coşqun Səxavət oğlu, Musayev Ədnan Yusif oğlu, Qurbanlı Qurban Əfqan oğlu, Məcnunov Müşviq Əhmədalı oğlu və Mustafayev Adil İmran oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 111.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Əliyeva Səriyyə Rasim qızına sığorta agenti fəaliyyətinə verilmiş 05 oktyabr 2018-ci il tarixli, SA-0086 nömrəli lisenziyanın qüvvəsi bərpa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır