SIĞORTA

Sığorta şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub
16 AVQUST
225

Sığorta şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub

2019-08-16 10:55:00

100% “AB Standard” QSC-yə məxsus olan “Standard İnsurance” Sığorta Şirkəti 2019-cu ilin 1-ci yarısını  283 min manat mənfəət ilə başa vurub. Halbuki, şirkəti ötən ilin eyni dövründə zərər etmişdi.

 Fins.az şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “Standard İnsurance”ın cəmi gəlirləri 5 milyon 164 min manat, cəmi xərcləri isə 4 milyon 881 min manat təşkil edib. Nəticədə şirkətin 283 min manat mənfəəti qalıb. Mənfəətdən 57 min manat mənfəət vergisi ödənilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Standard İnsurance”ın cəmi gəlirləri 4 milyon 892 min manat, cəmi xərcləri isə 5 milyon 266 min manat təşkil etmiş və xərclər gəlirləri üstələdiyindən 375 min manat zərər yaranmışdı.

Ötən ilin 1-ci yarısı ilə müqayisədə cari ilin 1-ci yarısında “Standard İnsurance”ın gəlirlərinin artması və xərclərinin azalması mənfəətin yaranmasını təmin edib.2019-cu ilin ilk 6 ayın da “Standard İnsurance”ın işçilərinin sayı 13 nəfər artaraq 111 nəfərə çatıb.

İyunun 25-də “AB Standard” Standard İnsurance”ın nizamanmə kapitalının 1,6 milyon manat artırılmasına qərar verirb. Proses başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 12,6 milyon manata yüksələcəkdir. Yeni səhmlər qapalı şəkildə yerləşdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır