SIĞORTA

“Sığorta ödənişlərində müəyyən problemlər var” - MÜSAHİBƏ
26 İYUL
744

“Sığorta ödənişlərində müəyyən problemlər var” - MÜSAHİBƏ

2019-07-26 15:56:00

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sahəsindəki göstəriciləri açıqlayıb. Sığorta sahəsindəki göstəricilər, eləcə də sözügedən sektordakı yenilik və gözləntilərlə bağlı sığorta eksperti İlkin İbrahimovun fikirlərini öyrəndik. Həmin müsahibəni sizə təqdim edirik.

Sığorta sektorunun hazırki vəziyyətini necə qiymətləndirirsiz?

Hazırda sığorta sektorumuz dinamik inkişaf edir. Lakin təssüflə bildirməliyəm ki, sığorta mütəxəsislərinin çatışmazlığı hələ də bu bazarda hiss edilir. Əvvəlki illərlə müqayisədə bu il Maliyyə Bazarlarına Nəzarəat Palatası (MNBP) daha fəaldır və lazım olanda bazara müdaxilə edə bilir. Lakin hesab edirəm ki, daha yaxşı nəticələrin əldə edilməsi üçün sığorta sektorunun müstəqil ekspertlərindən daha yaxşı formada istifadə olunmlıdır.

Azərbaycanda bildiyiniz kimi bir sığorta şirkəti sığorta bazarını tərk etməkdədir(MBASK). Necə düşünürsüz bu tendensiya davam edə bilərmi, yəni belə təhlükə hiss edirsizmi?

Sığorta şirkətlərinin ölkə bazarından çəkilməsi təssüfləndirici haldır və mütləq rəqabətliliyə təsir göstərir. Lakin bir sığorta şirkətinin çəkilməsi ilə yeni bir həyat sığorta şirkətin bazara daxil olması (Xalq həyat sığorta) kimi müsbət tendensiyalar da görünməkdədir. Ona görə də qeyri həyat sığorta şirkətlərimiz deyə bilərəm ki, hazırda icbari məhsullar üzərində ayaqda qalmaqdadır. Bu amil təhlükəli amillərdəndir. Növbəti illərdə dövlət dəstəyi ilə könüllü aqrar sığorta məhsullarını görə biləcəyik. Bu da özlüyündə ölkədə sığorta sisteminə yeni nəfəs gətirəcək. Burada Sığorta şirkətləri məhsul satışından faiz əldə edəcəklər. Ödənişləri isə Aqrar sığorta agentliyi həyata keçirməsi layihəsi var. Yeri gəlmişkən sığorta ödənişləri ölkəmizdə həlli vacib olan problemlərdəndir. Bu sahəyə xüsusi diqqət olmalıdır.

Siz bir müddət əvvəl sığorta şirkətləri ilə avtomobil servislərinin əlbir olaraq sürücüləri aldatdığını iddia etdiniz. Bu problemin aradan qaldırılması üçün hansısa addımlar atırsızmı?

Qeyd etdiyim kimi avtonəqliyyat vasitələrinin icbari sığortası ölkəmizdə ən populyar sığorta növlərindəndir. Sığorta ödənişlərində isə müəyyən problemlər var. Maraqlı məqam ondan ibarətdir ki, ödənişlərlə bağlı problemin həllini birbaşa maraqlı tərəf olan Azərbaycan Sığortaçılar Assosiasiyası həll etməyə çalışır. Bu o deməkdir ki, problemi yaradanlara problemin həll etməsini tapşırırsız. Məncə bu ədalətli yanaşma deyil. Problemin ədalətli yanaşma üsulu, müstəqil sığorta ekspertlərinin komissiyasını yaratmaq və MBNP-nın nəzdnində komissiya kimi fəaliyyətini stimullaşdırmaq olar. Yəni problemi olan müştəri Palataya müraciət etsin və adı çəkilən qurum da növbəlilik əsasında özü eksperti konfedensial seçsin və qiyməti çıxarsın. Görəcəyimiz iş təklif ola bilər, onu da fikir kimi irəli sürmüşük. Digər tərəfdən narazı şəxslərə vəzifə səlahiyyətləri çərçivəsində hüquqi yardım göstərməyə çalışırıq.

Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır