SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti tələbələrlə yekun görüş keçirib
19 İYUL
423

ASC “Standard İnsurance” Sığorta Şirkəti tələbələrlə yekun görüş keçirib

2019-07-19 21:05:00

ASC “Standard İnsurance” Sığorta Şirkətinin Lənkaran nümayəndəliyinin direktoru Təbriz Surxayev Lənkaran Dövlət Universitetinin tələbələri ilə yekun görüş keçirib.

Fins.az xəbər veirr ki, görüşdə 2018-2019-cu tədris ilində “Karyerada ilk addımlar” layihəsi çərçivəsində tələbə təcrübə proqramında iştirak etmiş fərqlənən tələbələr sertifikatla təltif edilib.

Tələbələrin nümayəndəlikdə təcrübə keçdikləri dövrdə iş prosesində əldə etdikləri bacarıqlar barədə məlumat alan T. Surxayev onların uğurlu kariyera qurmalarına yardımcı olacaq tövsiyələr verdi. Məlumat üçün bildiririk ki, təcrübə proqramı çərçivəsində 2 tələbə işlə təmin edilmişdir. Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır