SIĞORTA

“AtaSığorta” şirkətinin yığımları 1 milyon manat azalıb
19 İYUL
382

“AtaSığorta” şirkətinin yığımları 1 milyon manat azalıb

2019-07-19 10:24:00

“AtaSığorta” ASC 2019-cu ilin birinci yarımili üzrə maliyyə nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, cari ilin yanvar-iyunayları ərzində şirkətin ümumi sığorta haqqı yığımları 9,4 milyon manat təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 1 milyon manat (10%) azalıb. “AtaSığorta” ASC 2019-cu ilin 6 ayı ərzində 7,2 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,2 milyon manat (80,6%) olub. Hesabat dövründə şirkətin balans mənfəəti1,1 milyon manatdan çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır