SIĞORTA

“İpək Yolu Sığorta” şirkəti ilin I yarısını mənfəətlə başa vurub - RENKİNQ
18 İYUL
573

“İpək Yolu Sığorta” şirkəti ilin I yarısını mənfəətlə başa vurub - RENKİNQ

2019-07-18 16:43:00

“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1 milyon 143 min manat mənfəətlə başa vurub.

Fins.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım baş verib. 6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 14 milyon 535 min manat, xərcləri isə 13 milyon 392 min manat təşkil edib.

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 39 milyon 2 min manat olub ki, bu da illik müqayisədə 24,5% çoxdur. Son 1 ildə şirkətin öhdəlikləri 64,5% artaraq 15 milyon 615 min manata, balans kapitalı isə 7,1% artaraq 23 milyon 387 min manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır