SIĞORTA

Palata aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiya keçirir -QAYDALAR
12 İYUL
174

Palata aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiya keçirir -QAYDALAR

2019-07-12 09:52:00

Fins.az-ın məlumatına  görə Maliyyə Bazarlarına Nəzarət Palatası aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-3.2-ci maddəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq istəyən şəxs sığorta nəzarəti orqanında attestasiyadan keçməlidir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271