SIĞORTA

Sığorta sektoru sosial media fenomenlərinin köməyindən istifadə edəcək
09 İYUL
143

Sığorta sektoru sosial media fenomenlərinin köməyindən istifadə edəcək

2019-07-09 15:56:00

“Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.1-ci bəndinin icrası ilə əlaqədar olaraq “Azərbaycan Sığortaçılar Assosiasiyası” İçtimai Birliyinin tərkibində maarifləndirmə və təbliğat-təşviqat üzrə strategiyanın hazırlanması üçün yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

ASA-dan verilən məlumata görə, iclasda sığorta sektorunda maarifləndirmə və təbliğat işlərinin aparılması ilə əlaqədar tədbirlər planı ilə bağlı görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb. Yaradılmış işçi qrupu 4 alt qrupa bölünübr. Hər bir qrup üzrə fəaliyyət istiqamətləri aşağıdakı mövzular üzrə müəyyən olunub:

  • Sığorta biliklərinin mənimsənilməsi üçün ölkənin bütün təhsil ocaqlarında təlimlərin, forumların və gənclərlə görüşlərin keçirilməsi və sığorta hadisələrinin qarşısının alınmasının stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili.
  • Ümumilikdə sığorta anlayışı ilə bağlı bəsit sığorta biliklərini formalaşdıran, insanlara sığortanın nə demək olduğunu izah edən maarifləndirici videoçarxların hazırlanması.
  • Real müştərilərin iştirakı ilə sığortanın vacibliyini, imkanlarını və üstünlüklərini təcəssüm etdirən videoçarxların hazırlanması.
  • Televiziya və Radio yayımlarında sığortanın təşviqi, tematik verlişlərin hazırlanması.
  • Hamı tərəfindən tanınan və çox izlənilən sosial-aktiv insanların iştirakı ilə sosial mediada sığorta savadının artırılması, müxtəlif müsabiqə və yarışların keçirilməsi.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269