SIĞORTA

Azərbaycanda sığorta ilə bağlı yenilik
08 İYUL
331

Azərbaycanda sığorta ilə bağlı yenilik

2019-07-08 10:01:00

Azərbaycanda sistem əhəmiyyətli sığortaçılar müəyyən ediləcək.

Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığortaçının bazar davranışı, potensialı və sığorta bazarında həcmi nəzərə alınmaqla, sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi və onun fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını təmin etməlidir.

Bu məqsədlə 2019-2020-ci illərdə sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi ilə bağlı qanunvericiliyin formalaşdırılması, sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi metodologiyasının hazırlanması və tətbiqi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır