SIĞORTA

Avtomobil qəzalarında zərərin ödənilməsi üçün YENİ QAYDA
04 İYUL
695

Avtomobil qəzalarında zərərin ödənilməsi üçün YENİ QAYDA

2019-07-04 10:26:00

Azərbaycanda sığortaçılar tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərləri birbaşa tənzimləmə mexanizmi yaradılacaq.

Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına 2019-2020-ci illərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydaların hazırlanması və tətbiq edilməsi tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027