SIĞORTA

Yüz milyon manata yaxın sığorta ödənişləri həyata keçirilib - FİNS
25 İYUN
238

Yüz milyon manata yaxın sığorta ödənişləri həyata keçirilib - FİNS

2019-06-25 17:12:00

2019-cu ilin yanvar-may ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb. Fins.az xəbər verir ki, yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən  319.3 mln. manat  məbləğində sığorta haqları toplanıb, 93.8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Həmçinin könüllü sığorta bazarı üzrə haqlar 212.7  mln. manat, ödənişlər isə 64mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 mln. manat, ödənişlər isə 29.8mln. manat olub.

2019-cu ilin yanvar-mayaylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-ikönüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-iicbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 mln. manat), həm də icbari növləri 10% (7.7 mln. manat)üzrə artım müşahidə edilmişdir.

Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4.0 mln. manat) üzrə olub.

Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 mln. manat)qeydə alınmışdır.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır