SIĞORTA

Region ölkələrində filial açmaq fikrimiz yoxdur - Paşa Sığorta rəsmisi
24 İYUN
385

Region ölkələrində filial açmaq fikrimiz yoxdur - Paşa Sığorta rəsmisi

2019-06-24 17:05:00

Yaxın gələcəkdə region ölkələrində nümayəndəlik açmaq fikrimiz yoxdur. Bunu jurnalistlərlə keçirilən görüşdə Paşa Sığortanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nuranə Teymurova bildirib. O qeyd edib ki, nümayəndəlik açmazdan öncə şirkətimiz region bazarında araşdırmalar, təhlillər aparır və sonra qərar verir: "Araşdırmalardan sonra nümayəndəlik açıb-açmamaq barədə qərar veririk. Hazırda belə bir qərar yoxdur. Region ölkələrindən Türkiyədə nümayəndəlik açmağı ümumiyyətlə nəzərdə tutmuruq. Naxçıvana gəlincə, burda da filial açmaq planımız yoxdur".

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027