SIĞORTA

Palata tələbələr üçün təqdimat keçirdi
20 İYUN
306

Palata tələbələr üçün təqdimat keçirdi

2019-06-20 17:35:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında karyera imkanları və sığorta sahəsində könüllülük haqqında ətraflı məlumatın verilməsi məqsədilə Palata tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah” qruplarında “Maliyyə” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Fins.az Palataya istinadən xəbər verir ki, təqdimat zamanı Palatanın nümayəndələri Palatada karyera imkanları və “Sığorta könüllüsü” mövzusunda çıxış ediblər.

İnteraktiv metodlar və dialoq formasında keçirilən təqdimat çərçivəsində Palatanın məqsədləri, fəaliyyət istiqamətləri, korporativ dəyərlər sistemi, işə qəbul proseduru və təcrübə imkanları, həmçinin, sığorta departamentində könüllülük fəaliyyəti və müddəti, məqsədlər, könüllülük istiqamətləri və əldə olunan bilik və bacarıqlara dair mövzular müzakirə olunub.

Palatada baş tutan görüşdə 27 tələbə iştirak edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır