SIĞORTA

Ekspert Qrupu və İcbari Sığorta Bürosu nümayəndələri görüşüb
14 İYUN
293

Ekspert Qrupu və İcbari Sığorta Bürosu nümayəndələri görüşüb

2019-06-14 16:45:00

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu və İcbari Sığorta Bürosunun (İSB) nümayəndələri arasında görüş keçirilib. Görüşdə Hökümət Ödəniş Portalına  (HÖP) qoşulmuş və bu infrastruktur vasitəsilə banklar tərəfindən “həyat sığortası” üzrə plastic kartlarla ödənilən sığorta haqlarına tətbiq edilən xidmət haqqı tarifləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nınüzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272