SIĞORTA

Sığortaya məcburi ödənişlər artıb
10 İYUN
178

Sığortaya məcburi ödənişlər artıb

2019-06-10 16:40:00

Azərbaycanda icbari sığortalar üzrə toplanan sığorta haqları artıb. Fins.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı aylıq statistikada yer alıb. Hesabatda vurğulanır ki, 2019-cu ilin ilk 4 ayında icbari sığortalar üzrə 89 milyon 94 min manat sığorta haqları toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm 80 milyon 559 min manat idi.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 18 milyon 88 min manat (ötən ilin eyni dövründə 15 milyon 884 min manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 29 milyon 192 min manat (ötən ilin eyni dövründə 26 milyon 719 min manat), hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 15 milyon 822 min manat (ötən ilin eyni dövründə 16 milyon 922 min manat), məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə 12 milyon 788 min manat (ötən ilin eyni dövründə 11 milyon 259 min manat), daşınmaz əmlakın icbari sığortası üzrə 12 milyon 841 min manat (ötən ilin eyni dövründə 9 milyon 537 min manat), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167 min manat (ötən ilin eyni dövründə 139 min manat), sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 66 min manat (ötən ilin eyni dövründə 69,5 min manat), digər icbari sığortalar üzrə 130 min manat (ötən ilin eyni dövründə 28,3 min manat) sığorta haqları toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272