SIĞORTA

Tibbi sığorta üzrə ödənişlər azalıb - FİNS
10 İYUN
146

Tibbi sığorta üzrə ödənişlər azalıb - FİNS

2019-06-10 16:19:00

Azərbaycanda tibbi sığorta üzrə toplanmış sığorta haqları artıb, ödənişlər isə azalıb. Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 4 ayında könüllü tibbi sığorta üzrə 60 milyon 202 min manat sığırta haqları toplanıb. Bununla yanaşı 17 milyon 299 min manat sığorta ödənişləri həyata keçirilib.

Qeyd edək ki, ötən ilin ilk 4 ayı ərzində tibbi sığorta üzrə 50 milyon 26 min manat sığorta haqları toplanmış, 21 milyon 744 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Rəqəmlərdən də görünür ki, ötən ilin yanvar-aprel dövrü ilə müqayisədə 2019-cu ilin yanvar aprel dövründə toplanan sığorta haqları 10 milyon 176 min manat və ya 20% artıb, sığorta ödənişləri isə 4 milyon 444 min manat və ya 20,4% azalıb.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269