SIĞORTA

Memarlıq nümunəsini sığortalayacaq şirkət seçiləcək
10 İYUN
172

Memarlıq nümunəsini sığortalayacaq şirkət seçiləcək

2019-06-10 16:05:00

“Bakı Konqres Mərkəzi” MMC sığorta xidmətlərinin seçimi üzrə tender elan edib. Bu barədə cəmiyətdən bildiriblər.

 Tender bir lot üzrə keçirilir və daşınmaz əmlakın icbari sığortasından ibarətdir. Tenderdə iştirak haqqı 300 manat təşkil edir.

Sığorta şirkətlərindən təkliflər avqustun 14-dək qəbul olunur. Tender proseduru avqustun 16-da baş tutacaq.

2015-ci ilin aprel ayında “Bakı Konqres Mərkəzi”nin rəsmi açılışı olub. Mərkəzdə 17 konfrans zalı yaradılıb. Onların ümumi tutumu 2500 nəfərdən çoxdur. Mərkəzin 3500 yerlik auditoriya zalı var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272