SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti körpələr evində - FOTOLAR
04 İYUN
481

ASC “Standard İnsurance” Sığorta Şirkəti körpələr evində - FOTOLAR

2019-06-04 17:53:00

ASC “Standard İnsurance” Sığorta Şirkəti öz ənənəsinə sadiq qalaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Gəncə şəhərində yerləşən (0-3 yaş) körpələr evindəki balaca dostlarla görüşüb. Xüsusi diqqət və qayğıya ehtiyacı olan balacalarla əyləncəli vaxt keçirən şirkət əməkdaşları onları müxtəlif hədiyyələrlə sevindirməyi unutmayıb.

“Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var” deyimini əsas götürən şirkət əməkdaşları günün qəhramanları üçün daha yaddaqalan olmasına çalışıb. Əməkdaşların bu addımı körpələr evinin rəhbərliyi və işçiləri tərəfindən yüksək dəyərləndirilib. Sonda xatirə şəkli çəkilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır