SIĞORTA

Sığortaçının maliyyə vəziyyətini kim yoxlamalıdır? - FİNS
03 İYUN
284

Sığortaçının maliyyə vəziyyətini kim yoxlamalıdır? - FİNS

2019-06-03 15:25:00

Sığortaçının maliyyə-təsərrüfat vəziyyətini onun seçdiyi sərbəst auditor yoxlayır. Fins.az xəbər verir ki, bu bənd Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında qeyd olunub.

Sözügedən müddəalarda vurğulanır ki, auditor tərəfindən təsdiqlənmiş illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və mətbuatda dərc olunur.

Bununla yanaşı sığortaçının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı bu Qanuna uyğun olaraq nəzarət edir.

 

                               Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269