SIĞORTA

Palata tələbələrlə görüş keçirdi
27 MAY
253

Palata tələbələrlə görüş keçirdi

2019-05-27 13:46:00

Tələbələr arasında Maliyyə Bazarlarına Nəzarət Palatasının rolu və səlahiyyətləri, maliyyə bazarlarının əsas sahələrindən biri kimi sığorta sferası üzrə maarifləndirmə işlərinin aparılması, o cümlədən Palatanın karyera və təcrübə imkanları haqqında məlumatların təqdim olunması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah” qruplarının tələbələri qarşısında təqdimatla çıxış ediblər.

Fins.az Palataya istinadən xəbər verir ki, interaktiv metodlar və dialoq formasında keçirilən təqdimat çərçivəsində Palatanın məqsədləri, fəaliyyət istiqamətləri, sığorta bazarının müxtəlif aspektləri, sığorta risklərinin idarə edilməsi, o cümlədən korporativ dəyərlər sistemi, təcrübə imkanları və işə qəbul prosedurları ətrafında fikir mübadiləsi aparılıb. Təqdimatda akademik heyətlə yanaşı, 60 tələbə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264