SIĞORTA

İİflas zamanı həyat sığortası portfelinin başqasına verilməsi necə həyata keçirilir? - FINS
23 MAY
304

İİflas zamanı həyat sığortası portfelinin başqasına verilməsi necə həyata keçirilir? - FINS

2019-05-23 15:24:00

Sığortada iİflasa uğrama zamanı həyat sığortası portfelinin başqasına verilməsi barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında bir sıra bəndlər qeyd olunub.

Fins.az adıçəkilən Qanuna istinadən xəbər verir ki, sığortaçının müflisləşdiyi halda bir və ya bir neçə başqa sığortaçı onun həyat sığortası portfelini bütün hüquq və öhdəlikləri ilə birlikdə qəbul edəcəyini bildirərsə, həmin sığorta portfeli sığortaçının müflis elan edilməsi və ləğv edilməsini prosedurunun başa çatmasına qədər müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə digər sığortaçılara verilə bilər.

Bununla yanaşı iflasa uğrayan sığortaçının həyat sığortası portfeli ilə birlikdə xüsusi təminat və müvafiq sığorta ehtiyatları verilir və ya onlar sığorta portfelini qəbul edən sığortaçı tərəfindən yaradılır.

                                                    Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır