SIĞORTA

Daha bir şəxsə sığorta agenti lisenziyası verildi - FİNS
14 MAY
323

Daha bir şəxsə sığorta agenti lisenziyası verildi - FİNS

2019-05-14 10:44:00

Daha bir nəfərə sığorta agenti kimi fəaliyyət göstərməsi üçün lisenziya verilib. Fins.az xəbər verir ki, bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb.

Məlumatda qeyd olunur ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə əsasən Palatanın İdarə Heyətinin 10 may 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Bağırlı Elçin Mübariz oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

                                                                                   Müəllif: Elmir Murad

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır