SIĞORTA

Palata tanınmış şirkət barəsində açıqlama yaydı - FİNS
14 MAY
880

Palata tanınmış şirkət barəsində açıqlama yaydı - FİNS

2019-05-14 15:03:00

Maliyyə Bazarlarına Nəzarət Palatası bir müddət əvvəl bağlanmış “AXA MBASK” sığorta şirkəti ilə bağlı yeni açıqlama yayıb.

Fins.az Palataya istinadən xəbər verir ki, açıqlamada qeyd olunur ki, “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Palatanın İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılmışdır.

                                                                                  Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264