SIĞORTA

Sığorta ehtiyatları bu orqan tərəfindən müəyyən edilir - FİNS
13 MAY
281

Sığorta ehtiyatları bu orqan tərəfindən müəyyən edilir - FİNS

2019-05-13 12:23:00

Bildiyiniz kimi mütəmadi olaraq sığrota sahəsi barədə sizə maarifləndirici yazılar təqdim edirik. Bu dəfə sizə sığorta ehtiyatları barədə məlumat verəcəyik.

Fins.az xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Sığorta haqqında Qanununun Ümumi Müddəalarında ayrıca bəndlər qeyd olunub. Həmin bəndlərdə vurğulanır ki, öz fəaliyyətinin sabitliyini təmin etmək üçün sığortaçılar bu Qanuna uyğun olaraq vergitutmadan qabaq sığorta haqlarından sığorta ehtiyatları yaradır, sığortaçılar yanğın və mühəndislik sığortası növləri üzrə baş verə biləcək zəlzələ nəticəsində zərərin ödənilməsi öhdəliyi müqabilində aldıqları sığorta haqlarından təkrar sığortaya taktiki verilmiş sığorta haqları, işin aparılması və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxılmaqla qalan sığorta haqları məbləğindən ayırmalar hesabına on beş il müddətli sığorta ehtiyatını yaradırlar.

Bu ehtiyatın yaradılması, o cümlədən ayırmaların hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmçinin qeyd olunur ki, sığortaçılar uzunmüddətli (bir ildən artıq) həyat sığortası və zəlzələ sığortası növlərindən başqa bütün digər sığorta növlərində yüksək dərəcəli risklər üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün yüksək dərəcəli zərərlərin ödənilməsi ehtiyatını yaradırlar.

Bu ehtiyat keçən hesabat dövrlərində faktiki verilmiş və (və ya) hesablanmış sığorta ödənişlərinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır.

Cari risklər üzrə sığorta ehtiyatı qüvvədə olan müqavilələrə görə daxil olmuş sığorta haqlarından təkrar sığortaya faktiki verilmiş sığorta haqları, işin aparılması və sığorta hadisəsinin qarşısının alınması xərcləri çıxıldıqdan sonra qalan vəsaitin hesabat dövrünə keçən günlərin və ya ayların əsasında hesablanmış hissəsindən ibarət olur.

Cari risklər üzrə sığorta ehtiyatının sığorta müqavilələri əsasında hesablanması texniki cəhətdən mümkün olmadıqda, bu ehtiyat daxil olmuş sığorta haqlarından hər hesabat dövrünün sonunda qalan vəsaitin nəqliyyat sığortası növündə minimum 25 faizi, digər sığorta növlərində minimum 33,5 faiz miqdarında ayırmalar hesabına yaradılır.

Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ümumi aktuari hesablamalarına əsasən riyazi ehtiyat yaradırlar. Bununla yanaşı sığorta ehtiyatları müqavilə üzrə öhdəliklərin göstərildiyi valyutada hesablama tarixinə birja məzənnəsi üzrə hesablanır. Əgər sığortaçının aldığı sığorta haqlarının valyutası onun öhdəliklərinin ifadə olunduğu valyutadan fərqlidirsə sığortaçı müvafiq sığorta ehtiyatlarını yaratmaq üçün öhdəliklərin ifadə olunduğu valyutanı satına ala bilər.

Sığortaçı vergini ödəməkdən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə və qaydada sığorta hadisəsinin qarşısının alınması tədbirləri fondunu və işin aparılması fondunu yarada bilər. Sığortaçı vergini ödədikdən sonra başqa ehtiyatlar və fondlar yarada bilər.

                                                                     Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271