SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü ilə veloyürüş keçirildi
13 MAY
687

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü ilə veloyürüş keçirildi

2019-05-13 10:24:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı doğum günü münasibətilə ASC “Standard İnsurance” Sığorta Şirkəti “Sizi qoruyan sığorta” devizi altında ağ şəhər bulvarında veloyürüş keçirib.

Mayın 4-də keçirilən veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və işçilər arasında münasibətlərin möhkəmləndirilməsinə köməklik göstərməkdən ibarət olmuşdur. ASC “Standard İnsurance” SŞ-nin təşkilatçılığı ilə baş tutan veloyürüşdə AzRe sığorta şirkətinin İdarə Heyətinin sədri və sədr müavini iştirak etmişlər.

Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmanın inkişafına xüsusi önəm verdiyini vurğulayan ASC “Standard İnsurance” SŞ-nin İdarə Heyətinin sədri Anar Sadıxov bu sahədə əldə olunmuş yüksək nailiyyətlərin sağlam və səriştəli gənc nəslin yetişməsinə, ölkəmizin nüfuzunun artmasına, beynəlxalq aləmdə mövqelərinin güclənməsinə xidmət etdiyini bildirmişdir.

Belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayan A.Sadıxov iştirak edən əməkdaşlara öz təşəkkürünü bildirmişdir. Qəzasız başa çatan veloyürüş xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır