SIĞORTA

Azərbaycanda sığorta haqlarının 77%-i bu şirkətlərin payına düşür
10 MAY
281

Azərbaycanda sığorta haqlarının 77%-i bu şirkətlərin payına düşür

2019-05-10 17:37:00

Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 201,174 milyon manat sığorta haqqının 155,647 milyon manatı və yaxud 77,4%-i 5 sığorta şirkətinin payına düşüb. 

Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına əsasən həmin şirkətlər "PAŞA Sığorta" (64,469 milyon manat), "PAŞA Həyat Sığorta" (39,673 milyon manat), "Azərsığorta" (31,69 milyon manat), "Atəşgah Sığorta" (10,529 milyon manat) və "Atəşgah Həyat Sığorta" (9,286 milyon manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (79 min manat), "Amrah Sığorta" (91 min manat), "Bakı Sığorta" (175 min manat), "Rəvan Sığorta" (557 min manat) və "Günay Sığorta" (730 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,632 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,8%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 43,895 milyon manat (21,8%) təşkil edib.

Sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 46,234 milyon manat sığorta ödənişinin 32,51 milyon manatı və yaxud 70,3%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (12,489 milyon manat), "PAŞA Sığorta" (9,044 milyon manat), "Atəşgah Sığorta" (4,546 milyon manat), "Atasığorta" (3,478 milyon manat) ASC-lər və "Azərsığorta"dır (2,953 milyon manat).

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (22 min manat), "İpək Yolu Sığorta" (44 min manat), "Amrah Sığorta" (55 min manat) və "Rəvan Sığorta" (83 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 205 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,45%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 13,519 milyon manat (29,25%) təşkil edib.

© Renkinq 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264