SIĞORTA

"AtaSığorta"-nın rəhbərliyinə yeni təyinatlar olub
10 MAY
382

"AtaSığorta"-nın rəhbərliyinə yeni təyinatlar olub

2019-05-10 09:15:00

Şirkətdən verilən məlumatda bildirilir ki, "AtaSığorta" ASC-nin Səhmdarının növbədənkənar Ümumi Yığıncağının Qərarına əsasən 10 may tarixindən etibarən daha əvvəl şirkətdə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Orxan Məmmədov İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə isə Qoşqar Həsənov təyin olunmuşdur. Qoşqar Həsənov bu vaxta qədər şirkətdə İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Şirkətin daha əvvəlki İdarə Heyətinin sədri Müseyib Əliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. “AtaSığorta” ASC Müseyib Əliyevə şirkətin inkişafına verdiyi töhfələrə görə təşəkkür edir və bundan sonrakı fəaliyyətində uğurlar arzulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264