SIĞORTA

Azərbaycanda hər 10 daşınmaz əmlakdan 1-i sığortalıdır
08 MAY
326

Azərbaycanda hər 10 daşınmaz əmlakdan 1-i sığortalıdır

2019-05-08 16:14:00

2018-ci ildə Azərbaycanda daşınmaz əmlakın və onun istismarı ilə bağlı mülki məsuliyyətin sığortasından, təxminən, 30 mln. manat sığorta haqqı toplanılıb.

Fins.az xəbər verir ki, bu barədə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov məlumat verib. 

Bununla belə, onun sözlərinə görə, bu 2 növ sığortanın hesabına toplanıla bilən potensial sığorta haqqının məbləği 250-300 mln. manatdır.

“Fiziki şəxslərə məxsus daşınmaz əmlakların sığortalanmasına dair vəziyyət qənaətbəxş deyil. Statistika sektorda potensialın çox böyük olduğunu açıq bir şəkildə ortaya qoyur. Ölkədə hər daşınmaz 10 əmlakdan 1-nin 1-nin sığortası var. Vəziyyət belə olduğu halda, sığorta vasitəçilərinin bu fürsəti dəyərləndirmələri sığorta şirkətlərinə və cəmiyyətə fayda verəcək”, - R.Əhmədov əlavə edib.

O, bu sözügedən sığorta növləri üzrə yığımların cəmi 10%-nin ödənişə yönəldiyini də qeyd edub: “Katastrofik riskləri nəzərə almasaq, bu, dünyada normal qarşılanan statistik nəticədir. Katastrofik risklər onsuz da təkrarsığorta programları ilə qorunan risklərdir. Yəni burada mənfəət də yetərincə yüksəkdir”.

© Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271