SIĞORTA

3 ayda heç bir ödəniş olmayan sığorta növləri - SİYAHI - FİNS
08 MAY
227

3 ayda heç bir ödəniş olmayan sığorta növləri - SİYAHI - FİNS

2019-05-08 11:18:00

Bu ilin yanvar-mart aylarında əmlak sığortası üzrə 3,728.8 manat sığorta ödənişi olub. Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı 2019-cu ilin yanvar-mart ayları üzrə sığorta bazarının göstəricilərində qeyd olunub.

Əmlak sığortasında ən çox ödənişin avtonəqliyyat vasitələrinin sığortasından olunduğu məlum olub.

Belə ki, sözügedən müddət çərçivəsində avtonəqliyyat vasitələrinin sığortasından 2,564.1 manat ödəniş qəbul olunub.

Statistikaya əsasən yanvar-mart ayı ərzində əmlak sığortasında ümumiyyətlə ödənişin olmadığı bölmələr də var. Bunlar su nəqliyyatı vasitələrinin sığortası, dəmir yolu nəqliyyatı vasitələrinin sığortası, kənd təsərrüfatı bitkilərinin sığortası, işçilərin dələduzluğu sığortası və pul və pul sənədlərinin saxtalaşdırılmasının sığortasıdır.                                                                                               

                                                                                                 Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264