SIĞORTA

Xüsusi təminatdan istifadə belə olur - FİNS
07 MAY
180

Xüsusi təminatdan istifadə belə olur - FİNS

2019-05-07 15:06:00

Sığorta sektorunda xüsusi təminatdan istifadə barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununum Ümumi Müddəalarında bir neçə bəndlər qeyd olunub.

Fins.az xəbər verir ki, həmin bəndlərdə vurğulanır ki, xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında, ilk növbədə müvafiq sığorta sahəsində sığortalılara borcların ödənilməsi (sığorta ödənişlərinin verilməsi və çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının qaytarılması) üçün istifadə olunur. Həmçinin artıq qalan vəsait sığorta sahələrinə aid xüsusi təminatlara əlavə edilir.

Sığortaçı tərəfindən fəaliyyəti dayandırılan sığorta sahələrinə aid xüsusi təminatlardan həmin sahələrdə bütün borclar ödənildikdən sonra sərbəst istifadə edilməsinə icazə verilir.

                                                                                     Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271