SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti regionlarda sığorta peşəsinin təbliğinə davam edir
17 APREL
338

ASC “Standard İnsurance” Sığorta Şirkəti regionlarda sığorta peşəsinin təbliğinə davam edir

2019-04-17 15:29:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının son zamanlar icbari sığorta növlərinin geniş formada təbliği haqda verilmiş tövsiyələrinə əsasən ASC “Standard İnsurance” Sığorta Şirkəti tələbə təcrübə proqramı çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) tələbələrlə görüş keçirib.

Fins.az xəbər verir ki, tələbələri sığorta sahəsi ilə yaxından tanış etmək məqsədi ilə təşkil olunmuş görüşdə təcrübə ilə təhsilin vəhdətinin tələbələr üçün daha faydalı olduğu vurğulanmışdır. Görüşün açılış çıxışını universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosenti İdrak Əsgərov edib. Şirkətin İdarə Heyətinin sədri Anar Sadıxov sığorta bazarında hazırkı durum, bu sahədə olan yeniliklər, vacib sığorta bilgiləri barədə tələbələrə ətraflı məlumat verib, onları şirkətlə qarşılıqlı əməkdaşlığa dəvət edib.

Tədbir gedişatında universitetin tələbələri tərəfindən sığorta işi barəsində hazırlanmış təqdimatlara baxış keçirilib. Sonda tələbələri maraqlandıran suallar sığorta mütəxəssisləri tərəfindən cavablandırılıb. Xatırladaq ki, ASC “Standard İnsurance” SŞ ölkənin müxtəlif bölgələrində, sığorta sahəsi üzrə marifləndirmə və təbliğat xarakterli tədbirlər keçirməyə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269