SIĞORTA

Bu sığorta şirkətlərinin gəlirləri və xərcləri 40 milyon manatdan çoxdur
16 APREL
413

Bu sığorta şirkətlərinin gəlirləri və xərcləri 40 milyon manatdan çoxdur

2019-04-16 15:15:00

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si 2018-ci ildəki gəlirlərinın məbləği barədə məlumat verib ki, bunlardan da 4-də sözügedən göstərici 40 milyon manatdan çoxdur. Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (151,09 milyon manat), "PAŞA Sığorta" (134,365 milyon manat), "Azərsığorta" (52,543 milyon manat) və "Atəşgah Sığorta" (40,964 milyon manat) ASC-lərdir.  

Adları çəkilən 4 şirkətin məcmu gəlirləri 378,962 milyon manat təşkil edir ki, bu da bazarın 59,5%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 11-nin gəlirləri 13-32 milyon manat arasında, 5-nin gəlirləri isə 10 milyon manatdan azdır.  

20 şirkətdən 10-u ötən il gəlirlərini artırıb. Ən yüksək müsbət dinamika "Qala Sığorta" ASC-də (99,5%), ən aşağı müsbət dinamika isə "A-Qrup Sığorta" ASC-də (1,1%) qeydə alınıb. Qalan 10 sığorta şirkətinin isə gəlirləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (55,9%), ən aşağı mənfi dinamika isə "İpək Yolu Sığorta" ASC-də (1,8%) baş verib.

2018-ci ildəki xərclərinin məbləği barədə məlumat vermiş 20 sığorta şirkətindən 4-də sözügedən göstərici 40 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (124,322 milyon manat), "PAŞA Sığorta" (106,015 milyon manat), "Azərsığorta" (48,861 milyon manat) və "Atəşgah Sığorta" (41,734 milyon manat) ASC-lərdir.  

Adları çəkilən 4 şirkətin məcmu xərcləri 320,932 milyon manat təşkil edir ki, bu da bazarın 57,6%-i deməkdir. Qalan 16 sığorta şirkətindən 12-nin xərcləri 10-25 milyon manat arasında, 4-nün xərcləri 10 milyon manatdan azdır.  

20 şirkətdən 10-u ötən il xərclərini artırıb. Ən yüksək müsbət dinamika "Qala Sığorta" ASC-də (76,8%), ən aşağı müsbət dinamika isə "Atəşgah Sığorta" ASC-də (2,8%) qeydə alınıb. Qalan 10 sığorta şirkətinin isə xərcləri azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (64,4%), ən aşağı mənfi dinamika isə "Xalq Sığorta" ASC-də (0,4%) baş verib. "Naxçıvan Sığorta" ASC gəlirlərinin və xərclərinin məbləğini açıqlamayıb. 

© Renkinq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265