SIĞORTA

Əcnəbilər obyektlərini yalnız Azərbaycandakı sığortaçılarda sığortalamalıdır - FİNS
15 APREL
131

Əcnəbilər obyektlərini yalnız Azərbaycandakı sığortaçılarda sığortalamalıdır - FİNS

2019-04-15 15:21:00

Sığorta sektorundakı vacib nüanslardan biri də Azərbaycanda və xarici ölkələrdə edilə bilən sığortalardır. Fins.az xəbər verir ki, bu barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında qeyd olunur ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində olan sığorta obyektlərini (bu maddənin 2-ci bəndində sadalananlar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçılarda sığortalamalıdırlar.

Adıçəkilən qanunda vurğulanır ki, xarici ölkələrdə aşağıdakı sığortalara yol verilir: İdxal-ixrac edilən malların nəqliyyat sığortaları; Təyyarə, vertolyot və dəmirlərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları; Gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları; Həyat sığortaları; Vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi qəza, xəstəlik və mühərrik nəqliyyat vasitəsi sığortaları.

                                                                                     Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266